DGK sədri: “İran tərəfi artıq buna hazır olduğunu bildirib” MÜNASİBƏT
"Burada söhbət yalnız bərpa məsələsindən gedirdi". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev qonşu ölkələrlə, eləcə də İran və Gürcüstanla yeni gömrük-keçid nəzarət buraxılış məntəqələrinin yaradılması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Aydın Əliyevin sözlərinə görə, İranla yeni gömrük-keçid nəzarət buraxılış məntəqələrinin yaradılması ilə bağlı hələ ki, müzakirələr davam edir: "İran tərəfi artıq buna hazır olduğunu bildirib. Gürcüstanla bağlı isə biz sadəcə olaraq Sınıq Körpüdə xüsusilə bayram ərəfəsində orada olan yükü bir qədər boşaltmaq üçün işlərin aparılması istiqamətində hazır olduğumuzu bildirmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB