Aydın Əliyev: “Yaxın vaxtlarda qərar qəbul olunacaq" AÇIQLAMA

"Hazırda bu məsələ müzakirə olunur və hələ qərar qəbul olunmayıb". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev elektron ticarətlə bağlı vergi güzəştlərinin aşağı endirilməsinə münasibət bildirərkən deyib.

DGK sədrinin sözlərinə görə, elektron ticarət hal-hazırda bütün dünyaya problem yaradan ticarət növlərindən biridir: "Müxtəlif adlara, müxtəlif ünvanlara və s. guya öz istifadəsi üçün göndərilən eyni çeşidli mallar sonda vergidən yayınma hallarına gətirib çıxarır. Bu, bütün dünyada gömrük orqanları qarşısında dayanan əsas problemlərdən biridir. Artıq bu məsələ müzakirə predmetidir və yaxın vaxtlarda qərar qəbul olunacaq".

A.Əliyev Azərbaycana daxil olan bəzi mikroavtobuslarla bağlı yaranan problemə də aydınlıq gətirərək deyib ki, orada olan problemlər yetərincədir: "Təbii ki, köhnə maşınlar gətirilir və guya ölkədə müvəqqəti fəaliyyət göstərəcək. Amma həmin maşınlar ehtiyyat hissələri vəziyyətinə gətirilərək Azərbaycanda qalır. Biz də qurum olaraq məcbur olmuşuq ki, ölkəmizə daxil olan maşınların ehtiyyat hissələri halına gətirilməməsinə qarşı kiminsə zamin durmasını təmin edək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...