"Dövlət tənha analara müavinət verir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı söyləyib. Bildirib ki, dövləti bu dərəcədə yükləmək doğru deyil: "Valideyninin hər ikisini, yaxud da onlardan birini itirən uşaqlara dövlət müavinət ayırıb. Ancaq mənəviyyatında problem olan valideyn öz uşağına aliment verməkdən boyun qaçırırsa hesab edirəm ki, bunu dövlət verməməlidir. Bəzən ata alimenti ödəyə bilməməsinə səbəb kimi işsizliyini göstərir. O zaman belə bir sual ortaya çıxır ki, "Bəs sən nə yeyirsən?, necə yaşayırsan?". Düşünürəm ki, bu cür insanların mənəviyyatında problemlər var. Hüquq mühafizə orqanları onları məcburi qaydada alimentə cəlb etməlidir. Dövlətimizin buna imkanı var. Alimentdən boyun qaçıranlar valideynlik hüququndan məhrum edilsinlər. Bundan sonra dövlət bu müavinəti məmnuniyyətlə verəcəkdir. Böyük olmayan bu məbləğə görə insanlar dünyanın ən gözəl hissi olan ana və atalıqdan məhrum olunurlarsa, bu dünyanın onlara verdiyi ən böyük cəzasıdır. Müavinəti yalnız I Qrup əlillərə vermək olar. Əgər qadın yoldaşından ayrılıbsa və onun həyat yoldaşı I Qrup əlildirsə o zaman ataya güzəşt etmək olar. Çünki ən ağır əlil məhz I Qrup hesab edilir və onun işləmək qabiliyyəti yoxdur. Əks halda ata alimenti ödəməkdən boyun qaçırıb, düzgün olmayan həyat tərzi keçirsin və nəticədə dövlət onun övladına aliment ödəsin. Hesab edirəm ki, bu doğru olmaz. Bir sözlə hər bir vətəndaşa qarşı, sosial sahədə düzgün qərarlar verməyə çalışırıqsa, dövlətə də ədalətli olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB