"Artıq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzası ilə təsdiq olunan Xocalı Soyqırımının 23-cü il dönümünü keçirilməsi ilə bağlı tədbirlər planında çox geniş tədbirlərin keçirilməsi nəzərdə tutulur". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, sərəncama əsasən Xocalı Soyqırımının 23-cü il dönümü respublikada və xarici ölkələrdə yüksək səviyyədə keçiriləcək: "Bunun üçün müxtəlif qurumlar bu işə cəlb olunub. Həmin gün bütün məktəblərdə birinci dərs Xocalı Soyqırımına həsr olunacaq. Yəni məqsəd həm şəhidlərin ruhunu anmaqdır, həm də ermənilər tərəfindən təkcə 23 il bundan öncə Xocalıda törədilən soyqırım yox, eyni zamanda bütün işğal olunan ərazilərimizdə ermənilər tərəfindən törədilən kütləvi qırğınları büynəlxalq aləmə çatdırmaq, ermənilərin iç üzünü açmaqdır. Eyni zamanda fəaliyyətimiz torpaqlarımızın işğaldan azad olunmasına və bu cinayətləri törədənlərin cəzalandırılmasına yönəlib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB