İşxanyan: “Berdzordakı hadisəni Ermənistan hakimiyyəti törədib” İTTİHAM
"Qarabağ polisi ilə Ermənistanın müxalifətyönlü "Parlament təsisatı" təşkilatının Berdzorda təşkil etdiyi avtomobil yürüşü zamanı baş verən toqquşmada bilavasitə Ermənistan hakimiyyəti günahkardır". SİA "armtoday" saytına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın hüquq müdafiəçisi Avetik İşxanyan baş verən insidentə münasibət bildirərkən deyib. İşxanyan deyib ki, onun qiymətləndirməsinə görə, Berdzorda baş verən hadisə bundan öncə də, vətəndaş cəmiyyəti fəallarına, siyasətçilərə qarşı baş verən hücumlar silsiləsinin davamıdır.
"Tam əminliklə deyirəm ki, Ermənitan hakimiyyəti hətta yeni yaradılan hərəkatları belə, beşiyindəcə boğmaq qərarına gəlib. Onlar belə düşünürlər ki, belə olan zaman digər təşkilatlar bundan ibrət dərsi götürəcəklər"-deyə, erməni hüquq müdafiəçisi bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan hakimiyyətinə yalnız bir şey lazımdır – ciddi müxalifəti məhv edib, idarə edilən "konstruktiv müxalifəti" saxlamaq.
İşxanyan eyni zamanda iddia edib ki, "DQR" polisinin azğın hərəkətləri İrəvanın diktəsi ilə həyata keçirilib. Belə ki, "DQR" rəhbərliyi İrəvanın icazəsi olmadan heç vaxt belə addım atmazdı.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB