Aqil Abbas: “Leyla Yunus söhbəti hazırda da davam edən oyundur” AÇIQLAMA
"Ümumiyyətlə Leyla Yunusun səhhətində problem olub-olmaması məni maraqlandırmır". Bunu SİA-ya millət vəkili Aqil Abbas alman həkimi Kristian Vittin həbsdə olan Leyla Yunusun səhhətindəki problemlərin ciddi olduğunu söyləməsinə, amma sonradan onun müayinəsi nəticəsində heç bir problemin aşkarlanmamasına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Leyla Yunus ora-bura bağlı olan insandır: "Bu şəxs hər şeydən şou düzəltsə də, onların heç birinin önündə dayana bilmir. Amma hərhalda həbsxanada qalmağın özü də yaxşı bir şey deyil. Sadəcə olaraq bəzi xarici qüvvələr Leyla Yunus söhbətini bir oyun olaraq davam etdirirlər".
A. Abbas "Milli Şura"nın mart ayında planlaşdırdığı aksiyaların növbəti anonsunu verməsinə də münasibət bildirərək deyib ki, ümumiyyətlə belə bir adda qurum yoxdur və bu qurumun fəaliyyətindən söhbət gedə bilməz: "Heç kimə sirr deyil ki, onların aksiyalarına 300-400 nəfər adam toplaşır ki, onun da yarısı Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələrindən ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB