Qabil Hüseynli: “Azərbaycan-ABŞ münasibətləri normal səviyyədədir” RƏY

Qabil Hüseynli: “Azərbaycan-ABŞ münasibətləri normal səviyyədədir” RƏY

"Bəzi siyasi dairələrdə Azərbaycanın qərbdən imtina edərək Rusiyaya meyl göstərməsi ilə bağlı yayılan informasiyaların heç bir əsası yoxdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasında olan münasibətlər soyumayıb, əksinə strateji tərəfdaşlıq səviyyəsində bu əməkdaşlıq yenə də davam edir: "Bu əlaqələr yüksələn xətt üzrə inkişaf edəcək. Bu yaxınlarda ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Robert Sekuta da Azərbaycana gələcək. İnanıram ki, yeni səfirin gəlişi ilə bu əlaqələr daha üst səviyyələrə yüksələcək. Dünən isə ölkə başçısı Cənab İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu isə bir daha Azərbaycan-ABŞ münasibətlərinin normal səviyyədə olduğunu sübut edir. Ümumiyyətlə Azərbaycan hökuməti tarazlaşdırılmış siyasət yürüdür. Bütün qonşu ölkələr ilə münasibətlərin normal olmasına çalışır. Hər bir ölkə ilə tarazlaşdırılmış əlaqələr qurmaq Azərbaycan hökumətinin xarici siyasətinə xas olan amildir. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlər hər zaman olduğu kimi, bu gün də normal müstəvidə inkişaf edir".

Bütün xəbərlər Facebook səhifəmizdə