Akif Nağı: “Çox təəssüf ki, onların mövqelərində qərəz hiss olunur” AÇIQLAMA
"Sözsüz ki, AŞPA-nın iclaslarında müəyyən məsələlər qoyulur və onun ətrafında da fikir mübadiləsi aparılır. AŞPA-nın sonuncu iclasında da Azərbaycanla yanaşı Rusiyanın da məsələsi müzakirə olundu". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı AŞPA-da Azərbaycan üzrə yeni təyin olunan həmməruzəçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynayacağı rola münasibət bildirərkən deyib.
"Biz istərdik ki, AŞPA-da Azərbaycanla bağlı obyektiv mövqedən çıxış edilsin. Amma çox təəssüf ki, onların mövqelərində qərəz hiss olunur. Onlar faktları həddindən artıq şişirdərək mənbəyi məlum olmayan, eləcə də şübhəli mənsubiyyəti olan şəxslərin fikirlərinə, verdiyi hesabatlara daha çox inanır, bunu qabardırlar. Beləcə onlar Azərbaycana hansısa formada təzyiq etməyə çalışırlar. İstər insan haqları, istərsə də söz azadlığı ilə bağlı məsələnin kökünə və mahiyyətinə getmək istəmirlər. Bu mənada arzu edərdik ki, AŞPA-da Azərbaycan üzrə yeni təyin olunan həmməruzəçi məsələlərə obyektiv yanaşsın və ölkəmizdə gedən proseslərə uyğun obyektiv məruzə hazırlasın" – deyə, A.Nağı fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB