Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən zərərin miqdarı açıqlanıb

Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən zərərin miqdarı açıqlanıb

Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən zərərin miqdarı açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə "MBA LTD" Qiymətləndirmə şirkətinin prezidenti, Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi qrupunun üzvü Nüsrət İbrahimov "Müasir Azərbaycanın unikal inkişaf modeli vətarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsi reallıqları" mövzusunda keçirilən konfransdakı məruzəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələri üzrə dəyən zərər 177 milyard ABŞ dolları, əhalinin mülkiyyətinə dəyən zərər isə 55,4 milyard ABŞ dolları təşkil edir.

N. İbrahimov bildirib ki, Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilərək məhv edilməsi nəticəsində dəymiş birbaşa və dolayı zərərlərin 190 milyard ABŞ dollarından artıq olacağı heç kəsdə şübhə doğurmur.

N. İbrahimov vurğulayıb ki, Azərbaycanın itkiləri düşmən təcavüzü davam etdiyi müddətdə ilbəil artmaqda davam edir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə