Raffi Ovannisyan Sarkisyan və Saakyanı istefaya çağırdı TƏLƏB

"Bizə ar olsun!"
Raffi Ovannisyan Sarkisyan və Saakyanı istefaya çağırdı TƏLƏB

Ermənistanın "İrs" partiyasının lideri Raffi Ovannisyan vətəndaş müraciəti hazırlayaraq, onu ictimailəşdirib. SİA xəbər verir ki, bu barədə "armtoday"saytı yazır. Müxalifət partiyasının lideri həmin müraciətində Ermənistanın və qondarma "DQR"-in prezidentlərini istefa verməyə çağırıb. "Ermənilərin "soyqırımına" məruz qaldığı 100-cü ildönümü ərəfəsində və torpaqlarımızı itirdiyimizə görə bizə ar olsun!"-deyə qeyd edən Ovannisyan həmçinin həmin müraciətində bildirib ki, onlar özlərindən başlamaq şərti ilə, ədalətin bərqərar olmasına nail olacaqlar: "Lakin Serj Sarkisyan və Bako Saakyan nəyin bahasına olursa-olsun, istefa verməlidirlər. Məhz kompleksli hazırlıq işlərindən sonra biz "Birləşmiş Ermənistanın" birinci prezidentini seçəcəyik".

Xatırladaq ki, "İrs" partiyasının lideri Raffi Ovannisyan işğal olunmuş Dağlıq Qarabağdakı ərazilərimizin rəsmən Ermənistana birləşdirilməsini tələb edənlərdəndir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə