“İRƏLİ” İctimai Birliyi “İradio”nu gənclərə təqdim edib FOTO

“İRƏLİ” İctimai Birliyi “İradio”nu gənclərə təqdim edib FOTO

"İRƏLİ İctimai Birliyi "İradio"- Gənclərin radiosunu dinləyicilərə təqdim edib. SİA-nın melumatına görə, 2 fevral Gənclər Günü münasibəti ilə İrəli İctimai Birliyi "İradio" – Gənclərin radiosunu gənclərə təqdim edib. Qeyd edək ki, "İradio"da işləmək üçün 100-dən çox gənc müraciət edib. "İradio"-da işləmək üçün seçilən gənclərə mütəxəssizlər tərəfindən təlimlər keçirilib. "İradio" gənclər üçün 10 yeni veriliş hazırlayıb. "İradio" "İstintaq davam edir", "Kimsən sən", "Bənövşəyi mandarin", "Aysberg", "25-ci kadr", "3 Nöqtə", "Mənim universitetim", "Fashion", "Xəbər gənc", "Karaoke vaxtı" verilişlərini siz gənclərə təqdim edəcək. Məqsəd ənənəvi medianın yerini müasir mediaya verməsini nəzərə alaraq ən mühüm mənbə olan gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün mövcud şəraitdən səmərəli istifadə etməkdir. İradio olaraq əsas hədəflərimiz: - informasiya texnologiyalarının yaratdığı imkanlardan yararlanmaq - müasir media sahəsində öz yerini tutmaq, - gənclərə məxsus, onların maraq dairəsini əhatə edən brend yaratmaq - milli musiqi və mənəvi dəyərləri gənclər arasında təbliğ etmək - hər zövqdə gənci nəzərə alıb, hər janrda musiqiləri yayımlamaq - bu sahədə marağı olan gənclərə təcrübə qazandırmaq üçün şərait yaratmaqdır. İradio olaraq əsas məqsəd müasir tələblərə cavab verən funksional online radio yaratmaq, gənclərin maraq dairəsinə uyğun verilişlərin hazırlanması, yüzlərlə gəncin təcrübə qazanmasıdır. Eyni zamanda www.iradio.az saytıda gənclərə təqdim olunub. İradionun yayımlanma vaxtı: həftənin 7 günü, 24 saatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə