Gənclər bu günün aparıcı qüvvəsi, sabahın təminatçısıdır

Nərimanov Rayon Gənclər və İdman İdarəsi gəncləri belə təbrik etdi
Gənclər bu günün aparıcı qüvvəsi, sabahın təminatçısıdır

Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Bu gün ölkə gəncləri Ulu Önərin layiqli davamçısı, Prezident İlham Əliyevə böyük etimad göstərir və özünün gələcək inkişaf perspektivini Onun adı ilə bağlayır. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Ulu Öndər gənclər qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir". Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi. Bununla da 1997-ci ildə imzaladığı sərəncamla Dahi Şəxsiyyət tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdi. Həmin ildən etibarən hər il ölkəmizdə 2 fevral Gənclər Günü kimi qeyd edilməkdədir. SİA-ya açıqlama verən ölkənin ictimai-siyasi proseslərində fəal iştirak edən gəncləri əldə etdikləri nailiyyətlərə görə, Ulu Öndərə hər zaman borclu olacaqlarını və ümüdlü sabahlarının təminatçısı kimi ölkə başçısını görüdklərini qeyd ediblər.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov:"Azərbaycan gəncliyi ölkəmizin sabahını Prezident İlham Əliyevlə bağlayır"

- Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılan Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurlara imza atmağa nail oldu. O zamandan etibarən dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülməkdə davam edir. Gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmiş çoxşaxəli Sərəncamlar Ulu Öndərin gənclərə qayğısının sübutu idi. Prezident İlham Əliyev Ümummilli Liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə göstərməkdədir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə bir sıra Dövlət Proqramları təsdiq edilib ki, bu da dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılmasına, gənclərin mənəvi inkişafına, onların vətənpərvərlik ruhunda tərbiyəsinə, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına hesablanıb. Azərbaycan gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz fəaliyyətlərini xalqının, dövlətinin inkişafına həsr edir.

Uğurlu gələcəyin təminatçılarını Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara tutduqları yolda sədaqətlə, inamla addımlamağı arzu edirəm.

Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Ağamir Ağamirov: "Bu gün vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər yetişir"

- Azərbaycanda Gəncləri Gününün dövlət səviyəsində qeyd olunması həqiqətən dövlətin gənclərə verdiyi böyük bir diqqət və qayğının təcəssümüdür. Şübhəsiz ki, bütün bu diqqət və qayğı təsadüfü deyildir. Ulu Öndər Heydər Əliyevin tərəfindən illər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında formalaşdırılan uzaqgörən gənclər siyasətinin mühüm rolu var. Bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər yetişir. Məhz buna görə də, Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb və güclü bir gənclik ordusu formalaşıb.

"Bakı Avrasiya" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Kamil Məhəmmədli: "Dayağı möhkəm olan dövlət sarsılmır"

- Gənclər dövlətin dayağıdır. Dayağı möhkəm olan dövlət istər siyasi, istər iqtisadi, istərsə də mədəni cəhətdən aparıcı dövlətə çevrilir, dünya arenasında sarsılımır. Azərbaycanı dünyada keçirilən layihələrdə yüksəkliyə qaldırmaq iqtidarında olan gənc nəsil yetişib ki, bu da sevindirici haldır. Bütün Azərbaycan Gənclərini "Bakı Avrasiya" Universitetinin Tələbə - Gənclər Təşkilatı adından təbrik edir və gələcək həyatlarında uğurlar arzu edirəm.

Azərbaycan Müəllimlər İnstitutunun Tələbə-Gənclər Təşkilatının sədri Əli Həsənov: "Biz gənclər ilk növbədə Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk"

- Dövlət gənclər siyasətini ölkənin əsas prioritet istiqamətlərindən biri kimi seçən ölkə başçısı gənclərə xüsusi qayğı göstərir. Ölkəmizin bütün sahələrində gənclər ön plana çəkilir, onların göstərdiyi hər bir təşəbbüs dövlət tərəfindən maraqla qarşılanır və dəstəklənir. Bunun üçün biz gənclər ilk növbədə Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Gənclər üçün yaradılmış imkanlardan maksimum səviyyədə istifadə etməliyik və bizə verilən etimadı doğrultmalıyıq.

Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov: "Biz gənclər bu diqqəti və dəstəyi daim üzərimizdə hiss edirik"

-Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük sevinclə qeyd edir. Gənclərin ölkənin inkişafında öz tövhələrini vermək istiqamətindəki fəaliyyətləri hər kəs tərəfindən yüksək dəyərləndirilir. Məhz bu məqsədlə gənclərin perspektivlərini göstərə bilməkləri üçün mütəmadi olaraq ölkə prezidenti tərəfindən Sərəncamlar, Fərmanlar imzalanır. Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır ki, bu da gənclərə bir növ işləmək stimulu verir. Biz gənclər bu diqqəti və dəstəyi daim üzərimizdə hiss edirik və gələcəyə daha nikbin baxırıq .

"Odlar Yurdu" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Səbinə Fərmanova: "Gənclik təkamulün döyünən ürəyi düşünən beynidir"

- Mən öz növbəmdə bütün Azərbaycan gənclərini, eyni zamanda özunu ruhən gənc hiss edən hər kəsi bu gün münasibətilə təbrik edirəm. Ünvanlayıra. Gənclik təkamulün döyünən ürəyi düşünən beynidir. Əziz gənclər arzu edirəm ki, döyünən ürəyiniz düşünən beyniniz hər zaman xoş sabahlardan, xoş gələcəkdən yararlansın. Gənclik insanların özünü tanıması, özünü dərk etmesi dövrüdür. Hər birimizin bu dövrü, bu prossesi düzgün keçirib, düzgün formalaşmağı, Vətənimiz üçün yararlı savadlı kadr,vətəndaş olmağımızı və hər zaman öz gələcəyimizlə, gəncliyimizlə fəxr etməyimizi arzu edirəm.

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədr müavini Teymur Mustafayev: "Ölkə prezidentinin şəxsən uğurlarımızı qiymətləndirməsi biz idmançıları sabahkı zəfərlərə ruhlandırır.

-Ölkəmizin avanqard hissəsinə çevrilən gənclər onlara göstərilən diqqət və qayğıdan bəhrələnərək öz səslərini dünya miqyaslı turnirlərdən eşitdirməyə çalışırlar. Onların səyi nəticəsində bayrağımız ən möhtəşəm yarışlarda dalğalandırılır. Bu uğurları, göstəriciləri ölkə prezidentinin şəxsən qiymətləndirməsi isə biz idmançıları sabahkı zəfərlərə ruhlandırır. Daim zirvələri, tribunları, möhtəşəm idam arenalarını fəth etmək arzulayıram gənc idmançılara, o cümlədən gəncləri bu bayram münasibətilə təbrik edirəm.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri Şöhrət Əliyev: "Gənclər cəmiyyətdə mövqelərini gücləndirməlidirlər"

- Harada işləməyindən asılı olmayaraq hər bir gənc dövlət gənclər siyastindən yararlanmalı, cəmiyyətdə mövqelərini gücləndirməlidirlər. İlk dəfə olaraq MDB məkanında və Şərqi Avropa ölkələri arasında Azərbaycanda qeyd olunan gənclər günü Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu tarixi bayramlardandır. Gənclərə hər bir sahədə özlərini göstərmək, cəmiyyətə təqdim etmək üçün bütün şərait yaradılıb. Bu şəraitdən maksimum yararlanaraq xeyirli gənclik olmaq ümüdü ilə hər birimizi təbrik edirəm.

Bakı Kompüter Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Arzu Cəfərzadə"İdeal gənclik, ideal gələcək diləyi ilə..."

- 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi səmimi qəlbdən təbrik edirəm. Ömrünüzün bu bahar çağını aktiv fəaliyyətlərinizlə yaddaqalacaq bir şəkildə keçirməyimizi arzulayıram. İdeal düşüncə, İdeal şəxsiyyət, ideal gənclik, ideal gələcək diləyi ilə... Yaşasın Gənclik!

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə