DGK sədri: "Ötən il 10811 hüquqpozma faktı aşkar edil­ib"

DGK sədri: "Ötən il 10811 hüquqpozma faktı aşkar edil­ib"

Bu gün Azərbaycanın gömrük orqanlarının yaradılmasından 23 il ötür. SİA-nın məlumatına görə, bu münasibətlə Dövlət Gömrük Komitəsində tədbir keçirilib. Tədbirdə DGK-nın sədri Aydın Əliyev, sədrin müavinləri, komitə əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən DGK sədri Aydın Əliyev bildirib ki, Azərbaycan Respublikası iqtisadi inkişaf səviyyəsinə görə artıq 11 ildir ki, dünyada lider ölkələr sırasındadır: "Bu di­namika 2014-cü ildə də qorunub saxlanılıb, əvvəlki illərdə olduğu kimi, ötən il də ölkəmizin sürətli sosial-iqti­sa­di inki­şafına, əhalinin rifah halı­nın daha da yaxşı­laş­masına, Azərbayca­nın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yük­səlməsinə, milli və döv­lətçilik maraqla­rı­nın təmin olunmasına xid­mət edib. Bugünkü böyük iqtisadi potensial, toplanmış maliyyə resursları, cə­miyyət həyatının bütün sahələrinin dinamik in­kişafı, enerji, ər­zaq təh­lükəsizliyi ki­mi məsələlərin uğurla həll edilməsi Azərbayca­na tam müs­təqil, milli maraq­lara he­sablanan xarici siyasət yürüt­mə­yə imkan verir. Gənc müstəqil dövləti­miz təməli Ümummilli Li­der Heydər Əliyev tə­rə­­findən qoyulan çoxşaxəli, ba­lanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğur­la in­teq­ra­si­ya olunub, region və dün­ya ölkələri ilə qarşılıqlı hörmətə və əmək­daşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurub.

A.Əliyev diqqətə çatdırıb ki, Azərbaycan gömrüyü 2014-cü ildə də fis­kal siyasətin həyata keçirilməsi, idxal-ix­rac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyət­də gömrük tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiy­yət­li işlər görüb: "Dövlət Gömrük Komitəsi 2014-cü ildə nəzərdə tutulan 1 milyard 510,0 milyon ma­nat illik büdcə proqnozuna qarşı 1 milyard 510,76 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 100,05 % əməl edib. Eyni zamanda, 2015-ci və növ­bəti üç il üçün proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin layihəsinin hazırlanma­sı məqsədi ilə geniş iqtisadi təhlillər aparıl­mış və müvafiq təkliflər aidiyyəti üzrə təq­dim edilmiş, nəticədə Dövlət Gömrük Ko­mitəsi üçün 2015-ci il üzrə 80 milyon ma­nat və ya 5,3 faiz artımla 1 milyard 590 milyon manat həcmində büdcə proqnozu müəyyən edilib.

2014-cü ildə Azərbaycan Respublikası­nın iqtisadi təhlükəsizliyinin təmini, göm­rük işi sahəsində cinayətlərin və digər hü­quq­pozmaların qarşısının alınması, təqsir­kar şəxslərin müvafiq məsuliyyətə cəlb edil­­məsi gömrük orqanlarının hüquq-mü­ha­fizə fəaliyyətinin prioritet istiqamətlərini təşkil edib".

Vurğulanıb ki, Gömrük orqanları tərəfindən 2014-cü il­də həyata keçirilmiş kompleks tədbirlər nə­ticəsində 10811 hüquqpozma faktı aşkar edil­ib: "Bu faktlardan 424-ü cinayət xa­rakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 577 min 813 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 473 nəfərin (375 Azərbaycan vətəndaşı, 98 xa­ri­ci) barəsində müvafiq tədbirlər görül­üb. Gömruk sərhədindən narkotiklərin qa­nun­suz keçirilməsinin qarşısını almaq məq­sədilə gömrük orqanları tərəfindən (o cüm­lədən, digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəti­cə­sində 2014-cü il ərzində narkotiklərin qa­nunsuz dövriyyəsi ilə əlaqədar 158 fakt aş­kar olunub.

Bu faktlar üzrə ümumilikdə 178 kq 369 qramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən, 35 kq 926 qram tir­yək, 27 kq 037 qram marixuana, 38 kq 454 qram həşiş, 76 kq 669 qram heroin, 56,9 qram metadon, 221,4 qram metamfetamin və digər maddələr qanunsuz dövriyyədən çıxarılmış, şübhəli bilinən 185 nəfər (159 nəfər kişi, 26 nəfər qadın) barəsində müva­fiq tədbirlər görülüb".

Sonra DGK-nın sədr müavini Səfər Mehdiyev komitənin ümumi fəaliyyəti və gördüyü işlər haqqında məlumat verib.

Qeyd edək ki, DGK-nın 23-cü ildönümü münasibəti ilə Komitənin sədri Aydın Əliyev başda olmaqla komitənin əməkdaşları əvvəlcə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyublar, Ulu Öndərin ruhu qarşısında baş əyiblər. Komitə əməkdaşları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət ediblər və məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra komitə əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər.

Xatırladaq ki, bu günün gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli Liderin 1997-ci il yanvarın 10-da imzaladığı müvafiq Sərəncama əsasən, yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə