Armen Martirosyan: “Ermənistan hakimiyyəti suveren dövlət qismində bir addım belə atmadı” İTTİHAM
"Gümrüdəki faciəli qətl hadisəsindən sonra Ermənistan hakimiyyəti suveren dövlət qismində bir addım olsa belə atmadı". SİA-nın məlumatına görə, bu barədə Ermənistanın "İrs" partiyasının sədr müavini Armen Martirosyan keçridiyi mətbuat konfransında erməni mediasına verdiyi açıqlamasında deyib.
Martirosyan dünən AŞPA-da Rusiyanın səsvermə hüququnun əlindən alınmasında Ermənistanın bitərəf qalması məsələsinə də münasibətini bildirib. O qeyd edib ki, Ermənistanın bitərəf qalması Gümrü hadisələri ilə bağlı deyil. Halbuki, Ermənistan hakimiyyəti öz suverenliyini sübut etməkdən ötrü daha dəqiq addım atmalıydı.
Martirosyanın fikrincə, Gümrü hadisəsindən sonra erməni hüquq mühafizə orqanlarının hərəkətləri ictimaiyyətdə belə bir təəssürat yaradır ki, onlar öz ölkələrinin sahibləri deyillər: "Səhvlər oldu. Lakin ölkə başçısı hələ də neytral və etinasızlığını nümayiş etdirir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB