Aydın Hüseynov: “İctimai qınaq hər bir Azərbaycan vətəndaşının etirazı ilə qarşılanmalıdır” MÜNASİBƏT

Aydın Hüseynov: “İctimai qınaq hər bir Azərbaycan vətəndaşının etirazı ilə qarşılanmalıdır” MÜNASİBƏT

"Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd olan və eyni zamanda Azərbaycan dövlətinin qüdrətli, güclü olmaq istəyini gözü götürməyən heç bir mərkəzlə əməkdaşlıq etmək düzgün addım deyil". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov "Freedom House", "Human Rights Watch" kimi təşkilatlarla əməkdaşlıq edilməsinə və bəzi məsələlərdə onlarla fikir mübadiləsi aparılmasına münasibət bildirərkən deyib.

YAP Siyasi Şurası üzvünün sözlərinə görə, çox təəssüf ki, radikal müxalifət və bəzi QHT-lər arasında Azərbaycanın daxili məsələlərini sözügedən təşkilatlarla bölüşənlər az deyil. Əlbəttə bu, yolverilməzdir. Hər bir Azərbaycan vətəndaşının ümdə borcu müstəqilliyimizi, dövlətçiliyimizi daha da möhkəmlətmək və ölkəmizin inkişafına, tərəqqisinə öz töhfəsini verməsidir. Bir sözlə, xəyanətkarlıq yolverilməzdir. Ümumilikdə ictimai qınaq hər bir Azərbaycan vətəndaşının etirazı ilə qarşılanmalıdır. Bütün bunların qarşısı qanun çərçivəsində alınmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə