Niyaməddin Orduxanlı: “Əli Kərimli molla libası belə geyməyə hazırdır”
"AXCP sədri Əli Kərimlinin fikri yalnız Azərbaycanda dağıdıcılıq, qarşıdurmalar və bu qarşıdurmaların fonunda özünün hakimiyyətə gəlmək ambisiyalarını həyata keçirməkdir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
N. Orduxanlı deyib ki, onu heç quruma daxil etmək lazım deyil. Çünki, onunla dialoq aparmağın heç bir əhəmiyyəti yoxdur. Bu adamın hərəkətləri yalnız radikalizm üzərində qurulub. Ötən prezident seçkilərində Rusiyanın layihəsi olan "Milli Şura"da yer alan Əli Kərimli bu gün Rusiya əleyhinə fikirlər səsləndirir. Hazırda isə özünü yenidən qərbpərəst siyasətçi kimi Azərbaycan cəmiyyətinə təqdim etməyə çalışır. Əli Kərimli hakimiyyətə gəlmək üçün molla libası belə geyməyə hazırdır. Yəni, bu adamın fikri yalnız hakimiyyətə gəlməkdir. Ona görə də hər bir yola gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB