Elməddin Behbud: “Prezident İlham Əliyevin ölkə gənclərinə davamlı qayğısı qarşımıza yeni vəzifələr qoyur”

Elməddin Behbud: “Prezident İlham Əliyevin ölkə gənclərinə davamlı qayğısı qarşımıza yeni vəzifələr qoyur”

"Prezident İlham Əliyevin ölkə gənclərinə davamlı qayğısı qarşımıza yeni vəzifələr qoyur". Bunu SİA-ya "Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud deyib.

E. Behbud deyib: "Sənəddən məlum olduğu kimi cənab Prezident İlham Əliyev "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı məsələləri Gənclər və İdman Nazirliyinə həvalə edib. Dövlət gənclər siyasətinin həyata keçirilməsinə bilavasitə məsul orqan olan Gənclər və İdman Nazirliyi əminəm ki, indiyədək olduğu kimi, bu sərəncamın icrasını da milli mənafelərimizin tələblərinə uyğun şəkildə həyata keçirəcək.

Ümummilli Liderimizin hakimiyyətinin ilk illərindən etibarən ölkə gənclərinin sosial, ictimai, təhsil, humanitar, mədəni və digər sahələr üzrə maraqlarının öyrənilməsi və onların təmin edilməsi üzrə qısa və uzunmüddətli proqramların həyata keçirilməsi hər zaman Azərbaycan dövlətinin fəaliyyətinin prioritetləri sırasında olub".

DANİB sədri qeyd edib ki, hazırda bitməkdə olan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması və icrasında gənclər təşkilatları çox fəal şəkildə iştirak edib: "Sevindiricidir ki, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın da 5.2.19, 5.2.20, 5.2.20 və digər bəndlərində gənclər təşkilatları ilə bağlı müvafiq göstərişlər əksini tapıb. DANİB adından Azərbaycan gəncliyinə dövlət qayğısını heç zaman əsirgəməyən cənab prezidentə təşəkkürümü bildirirəm. Cənab prezident İlham Əliyevin ölkə gənclərinə davamlı qayğısı dövlətçiliyin, milli mənafelərimizin müdafiəsi ilə bağlı gənclər təşkilatlarının qarşısında yeni vəzifələr qoyur".

Bütün xəbərlər Facebook səhifəmizdə