Elmar Məmmədyarov israilli nazirlə görüşüb

Elmar Məmmədyarov israilli nazirlə görüşüb

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Osvensimin azad olunmasının 70-illiyinə həsr olunmuş anım mərasimində iştirakı çərçivəsində İsrailin Milli İnfrastruktur, Enerji və Su təchizatı naziri Silvan Şalon ilə görüşüb. XİN-dən SİA-ya görüşdə iki ölkə arasındakı əlaqələrin mövcud inkişafından məmnunluq ifadə olunaraq, iqtisadi əlaqələrin inkişaf etdirilməsi və su təchizatı, səhralaşmanın qarşısının alınması istiqamətində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparılıb.

Silvan Şalon Azərbaycan Respublikasının Osvensimin azad olunmasının 70-illiyinə həsr olunmuş anım mərasimində iştirakının yüksək qiymətləndirildiyini qeyd edərək, təşəkkürünü ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə