Xəzər Teyyublu: “Partiya təmsilçilərinin Milli Şurada qalmaması labüddür” AÇIQLAMA
"Mirmahmud Mirəlioğlu Milli Şuranı yaradanlardan olub. Onun koordinasiya şurasından uzaqlaşdırılması da onu deməyə əsas verir ki, Milli Şura artıq öz missiyasını başa çatdırıb". Bu fikirləri SİA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu partiya sədri Mirmahmud Mirəlioğlunun Milli Şuranın koordinasiya şurası üzvlüyündən çıxarılması məsələsinə münasibət bildirərkən deyib.
KXCP sədrinin müavini bildirib ki, artıq onlar üçün Milli Şura məsələsi bitib: "Biz digər qurumlarla əməkdaşlıq etmək niyyətindəyik, məhz bu baxımdan da KXCP üzvlərinin böyük əksəriyyəti artıq istefa verib. Milli Şuraya artıq ehtiyac qalmayıb. Onların fəaliyyəti bitmiş hesab olunur".
Xəzər Teyyublu digər klassik cəbhəçilərin də Milli Şurada qalmayacaqlarını istisna etməyib: "Mirmahmud bəyin təmsil olunmadığı yerdə əlbəttə partiya üzvlərinin də olmaması labüddür".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB