Sahib Alıyev: “Serj Sarkisyan Xocalı sindromunu üzərində daşıyan terrorçudur”

Sahib Alıyev: “Serj Sarkisyan Xocalı sindromunu üzərində daşıyan terrorçudur”

"Serj Sarkisyanın cəbhədə baş verən olaylarla bağlı yaydığı bəyanat ilk növbədə onun ölkəsinin mahiyyətini ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev bildirib.
Onun sözlərinə görə, bu bəyanatla bir daha bəlli oldu ki, Serj Sarkisyan Xocalı sindromunu üzərində daşıyan terrorçudur: "Sarkisyan hansı vəziyyətdə olmasından asılı olmayaraq hər zaman terrorçu psixologiyasından çıxış edir. Cəbhədə baş verən olaylara görə Sarkiyanın yaydığı bəyanatda qeyd olunub ki, istənilən halda Azərbaycana qarşı assimmetrik tədbirlər görüləcək. Bu sözün özündən də bəlli olur ki, ermənilər yenə də terror aksiyaları ilə Azərbaycan xalqını hədələyirlər. Ancaq Ermənistan höküməti gözəl bilir ki, bu cür saxta bəyanatlar verməklə heç bir məsələ həll olunmayacaq və arzuları gözlərində qalacaq. Çünki hazırkı Azərbaycanla 90-cı illərin əvvəllərindəki Azərbaycanın arasında çox böyük fərqlər var. Ermənistanın keçirə biləcəyi hər hansısa bir terror aksiyasının qarşısı çox sərt bir şəkildə alınacaqdır. Sarkisyanın bu hədələrinin arxasında real addımlar olacaqsa belə, bu heç də Ermənistanın öz istəyi ilə olmayacaq. Bir daha qeyd edim ki, Serj Sarkisyanın bu bəyanatları onun dövlətinin və özünün əsl kimliyini gözlər önünə sərir".

Bütün xəbərlər Facebook səhifəmizdə