Elman Nəsirli: “Almaniyanın bu mövqeyi zəncirvari reaksiya doğuracaq" MÜNASİBƏT
"Hesab edirəm ki, ermənilərin, Ermənistanın və dünyadakı erməni lobbisi və diasporasının uzun müddətdir ki, təntənəli şəkildə qondarma "erməni soyqırımın 100-cü ildönümü" ilə bağlı keçirəcəkləri tədbirin iflasa uğramasının ilkin görüntüləri artıq bəllidir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli Almaniya Parlamentinin (Bundestaq) qondarma "erməni soyqırımın 100-cü ildönümü" ilə bağlı keçiriləcək tədbirdən imtina etməsinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, burada ermənilərə ilk zərbə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğandan oldu: "Belə ki, onun Çanaqqala zəfərinin 100 illiyinin məhz aprel ayının 24-də keçirilməsi ilə bağlı qərar qəbul etməsi və dünyanın 100-dən artıq ölkəsinin rəhbərini bu tədbirə dəvəti heç şübhəsiz ki, həmin qondarma erməni soyqırımı ilə bağlı Ermənistanda və digər yerlərdə keçiriləcək tədbirə son dərəcə ciddi zərbə endirmiş oldu".
E.Nəsirli hesab edir ki, Almaniya Federativ Respublikası qondarma erməni soyqırımını tanımış olsa da belə, amma qondarma "erməni soyqırımınının 100-cü ildönümü" ilə bağlı tədbirlərə onun neqativ münasibət bəsləməsi və bu tədbirlərin əleyhinə çıxması mühüm hadisədir: "Əgər biz nəzərə alsaq ki, bunu sıradan olan bir dövlət etmir, əksinə Avropa İttifaqı ümumiyyətlə isə Avropanın ən nəhəng dövləti edir. Hesab edirəm ki, Almaniyanın bu mövqeyi nəticə etibarilə zəncirvari reaksiya doğuracaq. Artıq bundan sonra digər ölkələrin də anoloji addım atması ehtimalı kifayət qədər böyükdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB