“Cəbhə xəttindəki atışmalar Gümrü olaylarından diqqəti yayındırmaq üçündür” MÜNASİBƏT
"Bu gün İrəvanda baş verənlər və Sərkisyanın açıqlaması bir daha təsdiqləyir ki, son günlər cəbhə xəttindəki atışmalar Gümrü olaylarından diqqəti yayındırmaq üçündür. Baxın, gərginliklər nədənsə Qarabağda deyil, daha çox Ermənistanla sərhəddə baş verir. Niyə, ona görə ki, belədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı işə qarışa bilər". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev öz "facebook" səhifəsində məlumat paylaşıb.
Deputatın sözlərinə görə, hazırda Ermənistanda bayrağı ayaqlar altına salınıb tapdanan Rusiyanın hərbi bazası onlar üçün yenidən dönüb xilaskara çevrilir: "İkincisi, fikir verin, Gümrüdəki olaylara etiraz aksiyayarıyla paralel olaraq hərbi xunta ölkənin sərhəddində baş verənlərdən "qəzəblənən" gənclərin yürüşünü təşkil edir. Yəni qəzəb hədəfi kimi Rusiyanın Azərbaycanla əvəzlənməsi prosesi gedir. Gümrüdəki olaylarla bağlı ölkəsini narazılıq dalğası bürüyərkən ağzına su alıb susan Sərkisyan Azərbaycanı hədələməyə başlayır ki, sərhəddə baş verənlərə görə asimmetrik cavablarıyla üzləşəcəyik və hətta önləyici zərbələr endiriləcək. Bu artıq savaş hədəsidir və əgər dediklərini etməyə qalxsa, birincisi Sərkisyan bunu özbaşına etməyəcək, ikincisi planlaşdırdığı önləyici zərbə Ermənistanın həm də forpost kmi varlığı üçün sonlayıcı zərbə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB