Emin Həsənli: “Ermənistanın vəziyyətinə görə onun rəhbərliyi günahkardır” AÇIQLAMA
"Ümumiyyətlə Ermənistanın diversiya qrupları tez-tez təmas xəttində atəşkəs rejimini pozur və daimi itkilər verərək də geri çəkilirlər. Buna misal olaraq ötən il Azərbaycan hərbiçiləri tərəfindən onların helikopterinin vurulmasını göstərə bilərək. Bütün bunlar Ermənistanın hərbi hava sisteminin nə vəziyyətdə olduğunun göstəricisidir". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli erməni şərhçisi Nairə Hayrunyanın Azərbaycanın ən son model silahlar alması ilə bağlı dediklərinə münasibət bildirərkən deyib.
Hərbi eskpertin sözlərinə görə, işğalçı ölkə ötən ilin iyul ayının sonu, avqust ayının əvvəllərində xeyli sayda itkilər verərək geri çəkildilər: "Təbii ki, il ərzində də həmin itkilər davam edir. Onlar Azərbaycan ordusunun böyük itki verməsi üçün diversiya planlarını həyata keçirirlər. Burada da hər dəfə məğlub olurlar. Azərbaycan ordusu çox ayıq-sayıqdır və Ali Baş Komandan cənab İlham Əliyevin qoyduğu tapşırıqları çox şərəflə yerinə yetirir".
E. Həsənli bildirib ki, ordumuzun mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir, maddi-texniki bazası yüksəkdir, döyüş tapşırıqları uğurla yerinə yetirilir və s: "Bütün hallarda dövlətimiz müstəqil və güclü siyasət həyata keçirir. Ermənistanda isə iqtisadi faktorlar, insani resurs və mühit əlverişli deyil. Təbii ki, mənəvi-psixoloji mühit müsbət olmayanda heç nə əldə edilə bilməz. Hesab edirəm ki, bütün bunlar olduğuna görə Ermənistan əldə etmək istədiklərini ancaq məhvə doğru aparır. Bu gün işğalçı ölkənin ordusunda böyük uçurum var və buna görə də itkilər verirlər. Hətta onların itkiləri nizamnamədən kənarda olduğu an bunun günahını Azərbaycanda görürlər. Əvvəl onlar meyidlərini gizlədə bilirdilər və indi də bunu edirlər. Çünki onlarda informasiya siyasəti şəffaf deyil".
Vurğulanıb ki, Azərbaycan dövləti digər ölkələrlə silah ticarəti həyata keçirəndə belə bunu şəffaf şəkildə reallaşdırır: "Rəsmi Bakı marağındadır ki, dünyanın digər güclü dövlətləri kimi onun ordusu və texnikası da güclü olsun. Ermənistan bu prosesdə Rusiyadan asılı olduğuna görə heç bir müstəqil addım ata bilmir. Rəsmi İrəvanın düşdüyü bu vəziyyətə görə onun rəhbərliyi günahkardır. Bu gün işğalçı ölkə regional layihələrdən, böyük proseslərdən kənarda qalıb. Təbii ki, bu da o vaxta kimi davam edəcək ki, onlar Azərbaycan ərazilərini boşaltsın. Artıq Ermənistanda əhalinin böyük əksəriyyəti bunu anlayır və hesab edirəm ki, onun rəhbərliyi də hər şeyi başa düşməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB