Elman Məmmədov: ““Daşaltı əməliyyatında” ermənilər də itki verib” MÜNASİBƏT
""Daşaltı əməliyyatı"nın uğursuzluğa düçar olmasının başlıca səbəbkarı o zamankı Azərbaycan hakimiyyətinin rəhbərliyində təmsil olunanlar idi". Bu fikirləri SİA-ya millət vəkili Elman Məmmədov "Daşaltı əməliyyatı"nı şərh edərkən deyib.
Millət vəkili qeyd edib ki, o dövrdə ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət, Müdafiə Nazirliyinin gücünün və döyüş qabiliyyətinin olmaması düşmən ölkəyə qarşı aparılan əməliyyatların müsbət nəticələnməsinə imkan vermirdi: "Eyni zamanda, döyüş batalyonlarında vahid komandanlığın olmaması da səbəblərdəndir. Daşaltı əməliyyatında bizim itkilər verməyimizlə yanaşı erməni tərəfindən də 80-ə yaxın hərbiçi həlak edilmişdi. Bu mövzuda müəyyən yanlış informasiyalar verilsə də həqiqət bundan ibarətdir ki, əslində düşmən tərəf də itkilər vermişdi".
"Hesab edirəm ki, 1991-ci ilin payızından sözün həqiqi mənasında müharibə başladı ki, bunda da ermənilər özlərinə deyil, havadarlarına arxayın idi"-deyə qeyd edən Elman Məmmədov həmçinin həmin illərdə Xankəndində dislakasiya olmuş Sovet İttifaqına məxsus 366-cı motoatıcı alayın canlı qüvvəsi və hərbi texnikasının bütünlükdə Ermənistanın tabeliyinə verildiyini də qeyd edib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB