Ermənilərdən növbəti SƏRSƏMLİK

Azərbaycana qarşı "cinayət işi" açıldı
Ermənilərdən növbəti SƏRSƏMLİK

Son günlər Ermənistanın silahlı qüvvələrinin cəbhə boyu törətdikləri təxribatları düşmən tərəfinin canlı itki verməsi ilə nəticələnib. SİA xəbər verir ki, "armenia todey" saytı bir neçə gün erməni tərəfinin xeyli sayda itki verməsi barədə məlumatlar yayıb.

Maraqlıdır ki, Ermənistan hakimiyyəti ölkəmizə qarşı işğalçılıq siyasəti yürütməsinə rəğmən, guya Azərbaycanın silahlı qüvvələrinin "diversiya-təxribat" törətdiyini iddia edərək, qondarma "fakt" ətrafında cinayət işinin açıdlığını bəyan edib. Belə ki, yanvarın 23-də cəbhə xəttində Ermənistan tərəfinin təxribatı nəticəsində Azərbaycan ordusunun verdiyi layiqli cavabdan sonra düşmən tərəfi leytenant Karen Araratoviş Qalstyanı və sıravi əsgər Artak Vaqarşakoviş Sarqsayanı itirib. Digər sıravi erməni əsgəri Ovannes Varujanoviç Avanesyan isə ağır yaralanaraq, hərbi hospitala yerləşdirilib.

Ermənistanın hüquq-mühafizə orqanları isə bu hadisədən sonra növbəti sərsəm addım atıb. "Diversiya təxribat" amilini önə çəkən erməni orqanları Ermənistanın cinayət kodeksinin bir neçə bəndi üzrə cinayət işinin açıdlığını bəyan ediblər. Bununla da sübut olunub ki, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən, minlərlə soydaşımızı qətlə yetirən, girov götürən Ermənistan tərəfi hələ də öz həyasızlığını nümayiş etdirməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə