"Ermənistanda baş verən çaxnaşmalar zamanı ölkə rəhbərliyi cəbhə bölgəsində manipulyasiya xarakterli addımlar ataraq özünü qorumağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyini cəbhədə təxribat xarakterli addımlar atmaq üçün təlimatlandıran qüvvələr mövcuddur: "Cəbhədə baş verən olaylarda erməni lobbisinin xüsusi rolu var. Azərbaycanın gündən-günə güclənməsini, inkişaf dinamikasını ən yüksək həddə çatmasını Ermənistan höküməti, beynəlxalq güclər və erməni lobbisi həzm edə bilmir. Bu prosses böyük ehtimalla beynəlxalq güclərdən qaynaqlanır. Son dövrlərdə baş verən hadisələr erməni cəmiyyətinin fikrini hökm sürən xaosdan yayındırmağa hesablanıb. Ancaq düşünürəm ki, istənilən halda Azərbaycan Ermənistana layiqli cavabını verir. Son dövrlərdə Azərbaycanla Rusiyanın yaxınlaşması artıq erməni vətəndaşlarında və ermənilərin məmur elitasında çox böyük bir çaşqınlıq yaradıb. Ermənilərin özləri yaxşı bilirlər ki, Azərbaycan Dağlıq Qarabağı 24 saat içərisində geri almaq iqtidarındadır. Hazırda bu ölkədə böyük qorxu yaranıb ki, Rusiya öz əlini Ermənistanın üzərindən çəkir. Bir sözlə Ermənistan bir növ məğlub obrazı yaradaraq yenidən diqqəti öz üzərinə çəkmək istəyir. Ölkə daxili prosseslərdən də diqqəti yayındırmaq üçün cəbhə bölgəsində çaxnaşmalar yaradaraq dünya birliyində yenidən anti-Azərbaycan fikrini qızışdırmaq istəyir. Ancaq istənilən halda bu onlara müəssər olmayacaq. Azərbaycan ordusunun qüdrəti ermənilərə çox gözəl bəllidir. Qeyd etdiyim kimi, bir neçə saat içində Azərbaycan ordusu Ermənistanın bütün ordu resurslarını məhv etmək iqtidarındadır. Bir sözlə cəbhədə baş verən son olaylar birbaşa Ermənistan rəhbərliyinin ölkədə hökm sürən daxili xaosun önünə keçməyə hesabladıqları bir addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB