Rusiya nümayəndə heyəti tam tərkibdə AŞPA-nın yanvar sessiyasına qatılacaq AÇIQLAMA
"Rusiya Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında tam tərkibdə iştirak edəcək". Bunu SİA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.
R. Rzayev deyib: "Rusiya assambleyanın yanvar sessiyasında iştirak edəcək. Keçən il Rusiyadan səs hüquq bir il müddətinə alınmışdı. Artıq müddət bitib və Rusiya nümayəndə heyəti tam tərkibdə yanvar sessiyasına qatılacaq. Yəni belə bir məlumat var".
R. Rzayev qeyd edib ki, AŞPA-nın yanvar sessiyasında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ölkəmizlə bağlı bütün məsələlərə öz mövqeyini bildirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB