Bu günlərdə Belçikanın paytaxtı Brüsseldə səfərdə olan Milli Məclisin deputatı Asim Mollazadə səfərinin yekunları ilə bağlı SİA-ya danışıb.
Millət vəkili bildirib ki, səfər çərçivəsində bir neçə tədbirdə iştirak edib: "Səfər çərçivəsində Cənubi Qafqaz ölkələri ilə Dostluq Qrupunun iclasında iştirak etdim. Bu toplantıda Azərbaycan barədə avropalı deputatlara məlumatlar verdim. Çıxış zamanı Azərbaycan-Avropa münasibətləri, Cənubi Qafqazın ən böyük problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən danışdım".
A. Mollazadə qeyd edib ki, səfəri zamanı avropalı deputatlarla da görüşüb: "Bu görüşlərdə də əsas müzakirə mövzusu Azərbaycan-Avropa münasibətləri olub. Səfərim zamanı sonuncu olaraq Avronest PA-nın Belarus üzrə işçi qrupunun toplantısında iştirak etdim. Bu toplantıda isə Belarus-Avropa Birliyi münasibətləri çərçivəsində fikir mübadiləsi aparılıb".
Millət vəkili deyib ki, Brüsseldə olarkən Vaterllo şəhərində gənc azərbaycanlı rəssamların sərgisinin açılışında da iştirak edib: "Hesab edirəm ki, gənc azərbaycanlı rəssamların Avropanın çox böyük bir sərgi salonunda öz əsərlərini təqdim etməsi Azərbaycanın rəngarəng, müasir incəsənət ənənələrinin təzahürüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB