Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin önəmi vurğulanıb.
Azərbaycan ilə Gürcüstanın iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunun qeyd edildiyi görüşdə ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB