Mübariz Əhmədoğlu: “Rusiya-Ermənistan münasibətləri yaxınlarda gərginləşəcək” AÇIQLAMA
"Ümumiyyətlə Valeri Permyakovun Gümrü şəhərində bir erməni ailəsinin 6 üzvünü qətlə yetirməsi siyasi məsələdir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Rusiya-Ermənistan münasibətlərinin bundan sonrakı vəziyyətini şərh edərkən deyib.
Mərkəz sədrinin sözlərinə görə, bir erməni ailəsinin 6 üzvünü qətlə yetirən Valeri Permyakovun məsələsi Ermənistan hökuməti tərəfindən təşkil olunub: "Rəsmi İrəvanın məqsədi Qərbə doğru meyillənmək və Rusiyanı şantaja çəkmək idi. Ermənistan müdafiə naziri Seyran Ohanyan prezident olmaq istəyirdi. Eləcə də Ermənistan Rusiyanın Dağlıq Qarabağla bağlı tələblərinin icrasını dayandırmaqdan ötrü bu addımı atdılar".
M.Əhmədoğlu hesab edir ki, Ermənistan dövləti çalışırdı ki, Rusiya dövləti qorxudulsun və onlar Gümrüdəki hərbi bazasını yığıdırsın: "Ümumiyyətlə bütün proseslər bunu sübut edir və göstərir. Təsəvvür edin ki, Gümrüdə hadisə olur və hadisəyə dərhal sonra NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay reaksiya verir. O bəyanat verir ki, Ermənistan hökuməti belə bir vəziyyətdə nə etməlidir. Bununla belə ötən ilin sonunda Ermənistan müdafiə naziri Seyran Ohanyan Brüsselin Mons şəhərində NATO Baş katibinin siyasi məsələlər üzrə müavini Aleksandr Verşboun və NATO qoşunlarının komandanı ilə görüşb danışıqlar aparmışdı. Ümumilikdə hesab edirəm ki, bu Rusiya qarşı qurulmuş siyasi şantaj idi. Təbii ki, rəsmi Moskvada da elə bunu bu cür qiymətləndirirlər. Bu xəmir hələ uzun müddət su aparacaq və Rusiya-Ermənistan münasibətləri yaxın vaxtda gərginləşəcək. Əgər Serj Sarkisyan və Seyran Ohanyan istefa verəcəksə, vəzifədən uzaqlaşacaqsa o zaman Rusiyada Ermənistanda vəziyyəti normallaşdıra bilər. Nə qədər ki, hər iki şəxs hakimiyyətdədi, Qərbin bu cür şantajları da davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB