Hikmət Hacıyev: “Ermənistanın Davos Forumunda iştirakına lüzum görülmür” AÇIQLAMA

Hikmət Hacıyev: “Ermənistanın Davos Forumunda iştirakına lüzum görülmür” AÇIQLAMA

"Ermənistan kimi dövlətin Davos İqtisadi Forumunda iştirakına hər hansı bir lüzum görülmür". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Davos İqtisadi Forumunda iştirak etməməsinə münasibət bildirərkən deyib.

XİN sözçüsünün sözlərinə görə, Davos İqtisadi Forumunda qlobal iqtisadiyyat və qlobal siyasi məsələlər müzakirə olunur: "Təbii ki, burada da dünya qlobal siyasi və iqtisadi məsələlərində xüsusi çəkisi olan, eləcə də proseslərə təsir edən, töhfə verən dövlətlər yaxından iştirak edirlər. Ermənistan isə bu proseslərdən tamamilə təcrid olunmuş kasıb və yoxsul bir dövlətdir. Beləcə, Ermənistan kimi dövlətin orada iştirakına hər hansı bir lüzum görülmür. Məhz bu səbəblərdən də rəsmi İrəvan və bu dövlətin rəhbərliyində olan şəxslər Davos Forumuna dəvət olunmurlar".

Gümrüdə baş verən hadisələrə də münasibət bildirən H.Hacıyev deyib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması üçün sadəcə olaraq qarşı tərəf konstruktivlik nümayiş etdirməlidir: "Onlar öz üzərinə düşən məsuliyyəti dərk etməli və öz qoşunları ölkəmizin ərazisindən çıxarmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə