Mustafa Hacıbəyli: “Arif Hacılı parlament seçkilərində namizəd olacaq” İDDİA
"Bu il keçiriləcək parlament seçkilərində Arif Hacılının namizəd olacağı şübhəsizdir". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli partiya başqanı Arif Hacılının seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Partiyanın Məclis üzvü bildirib ki, eks-başqan İsa Qəmbərin "Milli Strateji Düşüncə Mərkəzi" təşkilatının sədri kimi, eləcə də Müsavat üzvü kimi parlament seçkilərinə qatılması qərarına rəğmən, Arif Hacılının da namizəd olacağı şübhəsizdir.
Xatırladaq ki, Müsavat partiyasının keçmiş Divan üzvü Tural Abbaslı da qarşıdan gələn parlament seçkilərinə namizədliyini irəli sürəcəyini bəyan edib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB