Suriya Türkiyədən şikayət etdi

Rəsmi Dəməşq Fransada bir qadın polisi və dörd girovu öldürən terrorçu Amede Kolibalinin sevgilisi Həyat Bomedyenin Suriyaya qaçaq yolla girişinə yardım etdiyi iddiasıyla Türkiyəni BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib. SİA "hurriyyet.com.tr"-yə istinadən xəbər verir ki, Suriyanın BMT-dəki təmsilçisi Bəşər Cafəri tərəfindən qələmə alınmış məktubda "Türkiyə tərəfi Əsəd rejiminə qarşı savaşan əcnəbi silahlıların qaçaq yollar vasisətislə Suriyaya keçmələri üçün yardım göstərir"-deyə qeyd olunub.

Suriyalı rəsmi həmçinin, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bomedyenin 2 yanvar tarixində İstambula Madriddən gəlməsi açıqlamasını da xatırladaraq, sözügedən məktubunda qeyd edib ki, bu ifadə Türkiyənin Suriyaya dünyanın dörd bir yanından gələn əcnəbi terroristlər və muzdlu silahlılar üçün ana qapı olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə tərəfi hələlik Suriya tərəfinin BMT-yə göndərdiyi şikayət məktubu ilə bağlı hər hansı bir rəsmi mövqe bildirməyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə