Vəfa Quluzadə: “Ermənistana onsuzda torpaqlar lazım deyil” AÇIQLAMA
"Ermənilər onsuzda çoxdan öz canlarını Rusiyadan qurtarmaq istəyiblər, amma heç cürə qurtara bilməyiblər". Bunu SİA-ya politoloq Vəfa Quluzadə Gümrüdə rus məktbələrinin bağlanmasına və bəzi hərbçi ailələrin Rusiyadan köçürülməsinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, Rusiya burada yerini möhkəmləndirib: "Çünki, Ermənistan onların Cənubi Qafqazda yeganə dayağıdır. Əgər ermənilər bu dəfə dirəniş göstərə bilsələr bu, böyük uğur ola bilər. Birincisi, onlar müstəqilliklərini əldə edib müstəqil dövlət olar və qonşuları ilə normal əlaqələr yarada bilərlər. Sözsüz ki, torpaqlar azad olunacaq. Ermənistana onsuzda torpaqlar lazım deyil. Dağlıq Qarabağ Rusiyanın birinci propersi idi. İndi Ukraynada onlar Qarabağ variantını işlədirlər. Luqansk, Donestki separatçıların adı ilə işğal edirlər və özləri onlara dəstək verirlər, silahlandırırlar. Beləcə onlar Ukraynanı girovda saxlamaq istəyirlər. Bu mənada ermənilər oradan çıxsalar bu, böyük bir tarixi hadisə olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB