Elşən Musayev: “AXCP - Müsavat ilan və yarpız qədər bir-birinə yaddırlar”
"AXCP və Müsavat bir-birinə potoloji nifrət edən iki siyasi partiyadır. Onların ambisiyaları heç bir zaman imkan verməz ki, hər hansı bir məsələdə konsensus, razılaşma, ümumi fikir birliyi əldə olunsun". Bunu SİA-ya Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.
Partiya sədri deyib: "Nəzərə alsaq ki, AXCP-nin Əli Kərimli kimi cığal, təkəbbürlü, konfliktə meylli sədri var, o zaman bu heç mümkün olmaz. Eyni adlı partiyalar öncəki illərdə imitasiya xətrinə də olsa birlik görüntüsü yarada bilirdilər. İndi heç o da yoxdur. "Milli Şura"nın iflasından sonra isə ümumən mövzuya qayıdılmır. Əksinə, meydanda qarşılıqlı ittihamlar, təhqirlər və söz atışmaları yer almaqdadır.
Düzdür bu yaxınlarda "Müsavat"ın yeni başqanı Arif Hacılı AXCP-yə yönəlik barışıq missiyasında bulundu. Amma nəticə? Nəticə o oldu ki, Əli Kərimlinin özünə vurğunluğu bir az da artdı, bu addım qarşı tərəfin sınması kimi qələmə verildi, Müsavat ən pis formada aşağılandı. Bütün bu nüansları nəzərə alıb təkrar edirəm ki, Müsavat və AXCP arasında bundan sonra heç bir yaxınlaşmadan, müttəfiqlikdən, birlikdən söhbət gedə bilməz. Onlar ilan və yarpız qədər bir-birinə yaddırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB