“20 Yanvar: Qanla yazılmış tarix” FOTO

“20 Yanvar: Qanla yazılmış tarix” FOTO

Xocavənd rayon Gənclər və İdman idarəsi və Yeni Azərbaycan Partiyası Xocəvənd rayon Gənclər Birliyinin təşkilatçılığı ilə rayon gənclərinin iştirakı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş "20 Yanvar: Qanla yazılmış tarix" mövzusunda toplantı keçirilib.

SİA-nın məlumatına görə, tədbirə Xocavənd rayon Gənclər və İdman idarəsinin əməkdaşları, rayon icra hakimiyyətinin, bir sıra idarə, müəssisə və təşkilatların əməkdaşları qatılıb.

Tədbirdə Azərbaycan xalqının azadlığı, suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi yad olunub, müstəqillik uğrunda mübarizə tariximiz, ölkəmizin yaxın keçmişi ilə bağlı bir sıra məqamlar barədə gənclərin ətraflı məlumatlandırılması məqsədi ilə müxtəlif çıxışlar edilib.

Daha sonra faciə ilə bağlı ayrı-ayrı gənclərin fikirləri dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə