Politoloq: “Bu həmin Con Kerridir ki,...” ŞOK AÇIQLAMA

Politoloq: “Bu həmin Con Kerridir ki,...” ŞOK AÇIQLAMA

"ABŞ Dövlət Katibi Con Kerri də daxil olmaqla, bir qrup senatorun 1990-cı ildə Mixail Qorbaçova ünvanladığı müraciətə qədər Con Kerrinin iştirakı ilə iki dəfə ABŞ Konqrensində anti-Azərbaycan qətnamə qəbul olunub". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.

Politoloq bilidirib ki, qəbul olunan hər iki qətnamədə ermənilər dəstəklənirdi: "Onlardan biri 1989-cu ilin iyununda, ikincisi isə 1989-cu ilin noyabr ayında qəbul olunub. Birinci qəbul olunan qətnamə erməniləri razı salmadığından ikinci qətnamə qəbul olundu. Noyabr ayında qəbul olunan qətnamədə Dağlıq Qarabağ ermənilərinin müstəqilliyinə işarə vardı. Hətta bu qətnaməyə əlavə etmişdilər ki, guya Dağlıq Qarabağda azərbaycanlılar təkcə erməniləri yox, yəhudiləri qırır. ABŞ Konqrensinin qısa zaman kəsiyində iki ermənipərəst qətnamə qəbul etməsi göstərir ki, bu adamlar ermənilərdən nə qədər asılıdırlar. Bu iki qətnamənin qəbulunda aparıcı konqresmen rolunu isə məhz Con Kerri oynayıb".

"Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında müqavilə imzalanandan sonra bir qrup ABŞ konqresmen və senatoru, o cümlədən onlardan bəzilərinin ailə üzvləri, köməkçilərindən ibarət 16-17 nəfərlik nümayəndə heyəti Ağdamda olub. Con Kerrinin köməkçisi də həmin nümayəndə heyətində olub. Yəni, bu adamlar erməninin pulundan asılı olublar. Həmişə erməninin sifarişin yerinə yetiriblər. Bu adamları haqq, ədalət maraqlandırmır. Özlərinin şəxsi maraqları hər şeydən üstündür", - deyə politoloq vurğulayıb.

Politoloq qeyd edib ki, ABŞ-ın Azərbaycanla bağlı siyasətində bəzi sənədlər var ki, onlardan ictimaiyyətin xəbəri yoxdur: "Bu həmin Con Kerridir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ramil Səfərovu ekstradisiya etdirərək Azərbaycan gətirəndən sonra deyirdi ki, Azərbaycan da, Macarıstan da buna görə cəzalandırılmalıdır. Bundan başqa Con Kerri ermənilərin xoşuna gəlmək üçün belə bir ifadə işlətdi: "Azərbaycanı maşın təkərinin altına atmaq lazımdır"".

Bütün xəbərlər Facebook səhifəmizdə