Əli Əhmədov: “Ermənistan dünya ictimaiyyəti qarşısında özünü biabır edir” AÇIQLAMA - SƏS TV

Əli Əhmədov: “Ermənistan dünya ictimaiyyəti qarşısında özünü biabır edir” AÇIQLAMA - SƏS TV

"Azərbaycan hökuməti Ermənistan tərəfindən əsir götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması üçün əlindən gələni edir". SİA-nın məlumatına görə, bunu bu gün 20 Yanvar faciəsi ilə şəhidlər xiyabanını ziyarət edən Baş nazirin müavini, YAP–ın icraçı katibi Əli Əhmədov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Ə.Əhmədov qeyd edib ki, Ermənistan girovları saxlamaqla və keçirdikləri qondarma məhkəmə ilə aqressiv münasibətlərini sərgiləmiş olurlar. Azərbaycan isə bu məsələ ilə bağlı üzərinə düşən vəzifəni icra edir: "İki şəxsin girov götürülməsi və onlara qarşı qurulan məhkəmə göstərir ki, Ermənistan nə qədər aqressiv münasibət göstərir və dünya ictimaiyyəti qarşısında özünü biabır edir. Nəqədər ki, onlar girovlara qarşı münasibətlərini saxlayacaqlar, dünya ictimaiyyəti qarşısında öz mahiyyətləri göstərəcəklər. Azərbaycan hökuməti bununla bağlı üzərinə düşən vəzifəni həyata keçirir".

Bütün xəbərlər Facebook səhifəmizdə