“Azərbaycan daxilində qarışıqlıq salmaq istəyən qüvvələrin ağızları yumulmalıdır” MÜNASİBƏT

“Azərbaycan daxilində qarışıqlıq salmaq istəyən qüvvələrin ağızları yumulmalıdır” MÜNASİBƏT

"Hörmətli diktorumuz Xalidə Əhmədovaya qarşı bir sürü tərbiyyəsizin qaralama kompaniyasını durdurmaq üçün milli təəssübkeşlərimizi aktiv fəaliyyətə çağırıram". Bu barədə SİA-ya Vəhdət Partiyası Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev deyib.

Təşkilat sədri deyib ki, bu yaxınlarda ANS kanalında haqlı olaraq bir müğənni olmaq istəyən gəncə dilindəki ləhcəni yığışdırmağı tövsiyyə edən xanıma qarşı bu qədər alçaq üsullarla təzyiq etmək yolverilməzdir: "Sosial şəbəkələrdə maskalanmış bir qrup separatçı düşüncəli antimilli qüvvələr guya Xalidə xanımın talış dilini təhqir etdiyini iddia edərək bu tövsiyyəni milli məsələyə çevirməyə cəhd edirlər . Əslən cənub bölgəmizdən olan tanınmış diktorun cavabı əslində bu separatçı düşüncəli ünsürlərə tutarlı sübutdur. İndiyə qədər keçirilən muğam və mahnı müsabiqələrində Jüri heyyəti hər zaman bu kimi hallara münasibət bildiriblər. Məsələn, müğənnilərin ağzında Ç səsinin səslənməsində dəyişiklik edilməsi hər zaman tələb edilib. Tutaq ki, Qarabağdan gələn bir gənc Ç səsinin tələffüzünü düz edə bilmirsə və ona irad bildirilirsə bu o deməkdirmi ki, Qarabağlıları təhqir etdilər? Dünyanın həssas dönəmində ölkəmizin daxilində qarışıqlıq salmaq istəyən qüvvələrin ağızları yumulmalıdır. Xalidə xanımın araqarışıdranlara "it hürər, karvan keçər " deməsini də başqa yerə yozanlar üçün bu yerdə mən də Xalidə xanıma qoşularaq antimilli qüvvələrə deyirəm. "it hürər", amma təpəsinə də zərbə alar. Sahibinə hürən iti azdırırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə