"Gümrüdə baş verən hadisədən sonra Ermənistanda baş verə biləcək hadisələrin iki inkişaf ssenarisi ola bilər". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov deyib.
Politoloqun sözlərinə görə, Ermənistan iqtidarı fərqindədir ki, anti-Rusiya prosesinin dərinləşməsi bu hakimiyyətin sonu ola bilər: "Hər kəsə bəllidir ki, Sarkisyan rejimi bu gün Moskvanın dəstəyi il hakimiyyətdədir. Əgər aşağılardan başlayan etirazlara yuxarılar da qoşularsa, bu hal Sarkisyan rejiminin sonu ola bilər. Ancaq, yuxarıların anti-Rusiya prosesinə qoşulması məntiqi baxımdan inandırıcı deyil. Çünki, ölkənin daxili və xarici siyasətindəki aqressiya daha da güclənə bilər. Daxildə müxalifətə və ayağa qalxan əhaliyə qarşı repressiyalar, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşmən ölkənin təxribatları daha da dərinləşə bilər. Əgər Kreml Sarkisyan rejiminə qarşı xalq etirazının kütləvi xarakter almasını istəyərsə, o zaman "qurbanlıq keçi" versiyası işə düşə bilər. Yəni, Sarkisyan rejimi qurban verilməklə xalqın etirazı səngiyər və Rusiya Ermənistandakı siyasətini davam etdirər. Yeni gələcək hakimiyyətin də Rusiyanın diktəsi ilə hərəkət edəcəyini proqnozlaşdırmaq çətin deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB