PA rəhbərinin müavini: "Qərbdə bunun daha çox şahidi oluram" AÇIQLAMA

PA rəhbərinin müavini: "Qərbdə bunun daha çox şahidi oluram" AÇIQLAMA

"Bu gün Ermənistanda yaranan vəziyyət və Serj Sarkisyan hakimiyyəti xalqın özünün də davranış tərzinə çox pis təsir göstərib". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

Novruz Məmmədovun sözlərinə görə, Ermənistan rəhbərliyi artıq bilmir ki, nə qoyub nəyi etsin: "Rəsmi İrəvanda həqiqi bir xətt yoxdur. Onların nümayəndələri, deputatları dəfələrlə bildiriblər ki, biz Azərbaycandan öndəyik və s. Bütün bu hadisələr və dünyada baş verən böhran Ermənistana iki qat təsir edir. Bu, onları çıxılmaz vəziyyətə salır".

YAP rəsmisi Avropada islamafobiya yəni insanlarda İslama qarşı qorxu yaradılması məsələsinə də münasibət bildirib: "Hesab edirəm ki, hər bir hadisə çərçivə daxilində həll edilməlidir yoxsa bu ifrata yol açacaq. Təəssüf ki, mən Qərbdə bunun daha çox şahidi oluram".

Bütün xəbərlər Facebook səhifəmizdə