PA rəsmisi: "Türkiyəyə səfər Avropa mətbuatının diqqət mərkəzində idi" AÇIQLAMA

PA rəsmisi: "Türkiyəyə səfər Avropa mətbuatının diqqət mərkəzində idi" AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri möhtəşəm, tarixi səfər idi. Bu, yeni ildə ilk səfər oldu. Səfər tək Türkiyə ilə əlaqələrlə bağlı deyil, həmçinin beynəlxalq əhəmiyyətə malik idi". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərlə birgə keçirdiyi mətbuat konfransında deyib.

PA rəsmisinin sözlərinə görə, ölkə başçısının qardaş ölkəyə səfər etməsi tək Türkiyə və Azərbaycan mətbuatında deyil, eləcə də Avropa mətbuatının diqqət mərkəzində idi: "Səfər çərçivəsində Azərbaycan və Türkiyə dövlət başçılarının görüşü 2015-ci ildə həyata keçiriləcək işlərin başlanğıc oldu. Görüş zamanı ölkə prezidentləri arasında Azərbaycan-Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın prespektivləri ilə bağlı müzakirələr aparıldı".

Bütün xəbərlər Facebook səhifəmizdə