Millət vəkili: “Bu hadisənin baş verməsində daxili qüvvələrin günahı olub” AÇIQLAMA

Millət vəkili: “Bu hadisənin baş verməsində daxili qüvvələrin günahı olub” AÇIQLAMA

"Qanlı Yanvar hadisəsinin baş verməsində xarici qüvvələrlə yanaşı, bəzi daxili qüvvələrin də böyük rolu var". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.
Onun sözlərinə görə, bu hadisənin baş vermə səbəbi daxildəki qüvvələrin səriştəsizliyi, qeyri-peşəkar addımları ilə bağlıdır: "SSRİ dağıldıqdan sonra Ayaz Mütəllibovun hakimiyyəti dövründə 1992-ci ildə mart ayında Azərbaycanın Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirildi. 20 Yanvar faciəsini, Xocalı soyqırımını yaşayan xalqı seçkilərdə iştiraka sövq edənlər də məhz Ayaz Mütəllibov, Əli Kərimli və hazırki müxalifətdə rəhbər mövqe tutan bəzi şəxslər idilər. Həmin dövrdə bu şəxslər qeyri-peşəkar fəaliyyət göstərirdilər, hətta bir qismi bir sıra xarici kəşfiyyat orqanlarına da xidmət edirdilər. Məhz buna görə də, həmin şəxslərin başından bir tük də əskik olmadı. Əvəzində isə xalqı kütləvi qırğına qurban verdilər. Ümumiyyətlə həmin dövrdə bu şəxslər əgər dövlətin başındaydılarsa, ilk növbədə xalqın təhlükəsizliyini təmin etməli idilər. Ancaq baş verən hadisələr onların fəaliyyət istiqamətlərinin hansı yöndə olduğunu gözlər önünə sərdi. Ümumiyyətlə Qanlı Yanvar hadisəsinin baş verməsində həmin dövrdə hakimiyyətdə olan daxili qüvvələrin xeyli günahı olub".

Bütün xəbərlər Facebook səhifəmizdə