Qabil Hüseynli: “Əhali rəsmi dövlət təbliğatının təsiri altındadır”

Qabil Hüseynli: “Əhali rəsmi dövlət təbliğatının təsiri altındadır”

"Ermənistanda cinayət törədən Yevgeni Permyakovun Ermənistan qanunvericiliyinə görə yox, Rusiya qanunvericiliynə görə mühakimə edilməsi bir daha Ermənistanın Rusiyadan asılı vəziyyətdə olduğunu sübut edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Yevgeni Permyakovun Rusiya qanunverciliyinə əsasən mühakimə edilməsi onun Ermənistan tərəfinə yox məhz Rusiya tərəfinə verilməsi ilə nəticələnə bilər: "Mənim zənnimcə ermənilər rusların o qədər himayəsində olublar ki, Gümrüdəki 102-ci hərbi bazanın Ermənistan ərazisindən çıxarılmasını tələb etmək iqtidarında deyillər. Dünyəvi düşüncəli, hadisələri ayıq qiymətləndirən, Rusiyadan xeyir gəlməyəcəyini bilən adamlar bunu tələb edə bilərlər. Ermənistanda əhali rəsmi dövlət təbliğatının təsiri altındadır. Ancaq mənim fikrimcə bazanın Ermənistan ərazisindən çıxarılması müşkül məsələdir. Ermənilər yalnız bu bazanın Ermənistanın qanunvericiliyinə tabe edilməsini tələb edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə