Elmar Məmmədyarov Hindistanın səfirini qəbul edib

Elmar Məmmədyarov Hindistanın səfirini qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycan Respublikasındakı Səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub və iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğu qeyd olunub.

Səfir Vinod Kumar diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Vinod Kumara gələcək fəaliyyətində uğurlar arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə