Asim Mollazadə: “Beynəlxalq hüquq normaları ermənilərin əleyhinədir” AÇIQLAMA
"Qondarma "erməni soyqırımının 100-cü ildönümü" ilə bağlı erməni diasporası öz işlərini genişləndirib və əsas hədəf kimi də Azərbaycan götürülüb". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Milli Məclis üzvünün sözlərinə görə, Azərbaycanın əsas hədəf kimi götürülməsində məqsəd bütün beynəlxalq ictimaiyyətin tezliklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllini istəməsi ilə bağlıdır. Artıq beynəlxalq hüquq normaları ermənilərin əleyhinədir. Beləcə onlar Azərbaycana qarşı çox ciddi ittihamlar kampaniyasını həyata keçirirlər. Rəsmi İrəvan bütün dünya ictimaiyyətinə bəyan etməyə çalışır ki, Azərbaycan qeyri-demokratik dövlətdir və erməni, ABŞ diasporası və Avropa təşkilatları öz fəaliyyətini burada daha da gücləndirib və s".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB