Aqil Abbas: “Ermənistan Rusiyaya etiraz edə bilməz” AÇIQLAMA

Aqil Abbas: “Ermənistan Rusiyaya etiraz edə bilməz” AÇIQLAMA

"Ümumiyyətlə, nə erməni xalqının, nə də dövlətinin Rusiyaya qarşı çıxmağa qeyrəti çatmaz". Bunu SİA-ya millət vəkili Aqil Abbas Ermənistanda Rusiyanın əleyhinə qarşı keçirilən aksiyalara və bundan sonrakı proseslərə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, ermənilərin Rusiyanın Ermənistandakı səfirliyi qarşısında keçirdikləri aksiya sadəcə olaraq kampaniya xarakteri daşıyır: "Bütün bunlar isə mənasız bir şeydir. Axı rəsmi İrəvan hansı cəsarətlə Rusiyaya qarşı çıxa bilər? Rusiya olmasa, onda heç Ermənistan bir dövlət ola bilməz. Orada Rusiya prezidenti Vladimir Putinin əleyhinə qarşı səsləndirilən şüarlar belə gözdən pərdə asmağa hesablanıb. Ümumiyyətlə hesab edirəm ki, Ermənistan Rusiyaya etiraz edə bilməz. Bu, mümkün deyil. Gəlin görək Tatarıstan, Çeçenistan, Dağıstan Rusiyaya qarşı etiraz edə bilər? Bir ölkə ki öz sərhədini və özü-özünü qoruya bilmir ondan artıq nə gözləyəsən? Onun bütün sərhədlərini belə Rusiya tərəfi qoruyur. Bu mənada hesab edirəm ki, həmin aksiyalar boş və mənasızdır".

Bütün xəbərlər Facebook səhifəmizdə