Əli Orucov: “Cəmil Həsənli Milli Şuranı Əli Kərimliyə verməz”

Əli Orucov: “Cəmil Həsənli Milli Şuranı Əli Kərimliyə verməz”

"AXCP-nin yayda keçiriləcək qurultayında Əli Kərimlinin sədrlik kreslosundan gedəcəyi inandırıcı deyil". Bu sözləri SİA-ya açıqlamasında, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov deyib.

Onun sözlərinə görə, sədrlik kreslosunu bir başqasına bəxşiş etmək heç bir reallığa söykənən addım deyil: "AXCP-nin yayda keçiriləcək qurultayında bir çox məsələlər müzakirə edilə, həmçinin seçki əsasında partiyanın hər hansısa bir nümayəndəsinə sədrlik verilə bilər. Bu orqanlara rəhbərlik edən şəxslər hər zaman seçkilər əsasında təyin olunur buna görə də, Əli Kərimlinin partiya sədrliyindən getməsi durumunda, Cəmil Həsənlinin Milli Şura sədrliyini Əli Kərimliyə verməsi reallığa sığan addım deyil. Bir daha qeyd edim ki, bu orqanların rəhbər nümayəndələri seçkilər əsasında təyin olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə