Bu gün Ermənistanın Gümrü şəhərində Rusiya əleyhinə aksiya keçirilib. SİA-nın news.am-a istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları Avetisyanov ailəsinin altı üzvünü qətlə yetirməkdə şübhəli bilinən Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovu Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verməyi tələb ediblər.
Aksiyada İrəvandan da gəlmiş yüzlərlə sakin iştirak edib. Sakinlər avtomobillə Rusiyanın Gümrüdəki baş konsulluğu binasına yürüş ediblər.
Aksiya zamanı iştirakçıları Rusiya bayrağını ayaqlar altına ataraq tapdayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB