“2014-cü ilin yekunları: Diplomat və Jurnalistlərin baxışları” FOTOLAR

“2014-cü ilin yekunları: Diplomat və Jurnalistlərin baxışları” FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Gənc Diplomatlar Birliyi və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "2014-cü ilin yekunları: Diplomat və Jurnalistlərin baxışları" mövzusunda müzakirə xarakterli konfrans keçirilib. SİA-nın məlumatına görə, ölkənin tanınmış jurnalistləri, Mətbuat Şurası nümayəndələri, diplomatiya sahəsi üzrə ixtisaslaşmış ekspertlər, siyasi icmalçılar və gənc diplomatların qatıldığı tədbirdə Azərbaycanın 2014-cü ildəki xarici siyasəti və əldə olunmuş uğurlara dair müzakirələr aparılıb.

İclasda AGDB-nin baş məsləhətçisi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitunun rəhbəri, professor Elman Nəsirli, AGDB tərəfindən təşkilatın baş katibi Eltun İbrahimov, "İki Sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə, Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev və digərləri iştirak edib.

Professor Elman Nəsirli açılış nitqində qeyd edib ki, Azərbaycan Gənc Diplomatlar Birliyi son zamanlar xeyli populyarlaşan, öz fəaliyyəti ilə gənclərin diqqətini cəlb edən, ətrafına daha böyük intellektli gənclər ordusunu toplamağa başlayan, ölkənin ictimai siyasi həyatında fəallığı ilə seçilən, eləcə də ölkə tarixində ən mühüm və vacib hadisələrdən biri 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkilərində öz fəallığı ilə seçilən gənclər qrumu olaraq yadda qalıb".

Tədbirdə müzakirələr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi – 2014-cü ilin yekunlar və 2015-ci ildən gözləntilər, dünyanın aparıcı ölkələri ilə münasibətlər, 2015-ci ildə dünyanın qarşılacağı çağırışlar və onlarla bağlı Azərbaycanın mövqeyi, Suriya və İŞİD təhlükəsi və s. mövzularda olub.

Tədbirdə çıxış edən ekspertlər mövzular üzrə fikirlərini bildirib və 2015-ci il üçün Azərbaycanın uğur qazanması istiqamətində prioritet sahələrə dair proqnozlar səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə